Prodüser AÇIQ DANIŞDI - "Çörəyi dizinin üstündə olan insanlar var" / Video

 09:16 17.07.2019     876

Emil Bədəlov, Sevda Sanaliyeva, Samira və nəhayət Türkan Vəlizadə..Hər bir ifaçının sənətində özünəməxsus qatqısı olan, yaradıcılıqlarında  imzası, şou-biznesin “Caba”sı prodüser Cabir müğənniliyə başlayıb.

Redaktor.az-a açıqlama verən prodüser etiraf edir ki, çoxdan bu adımmı atmalı imiş:

“Hər şey superdir. Müğənniliyə gec başladığıma görə çox peşmanam. Qorxurdum ki, bəyənilməyib, lağa qoyulacam, amma əksinə oldu. İlk dəfə səsimə qulaq asanda qəttiyən o ifanın işıq üzü görməsini istəmirdim, sağ olsun ətrafım, dostlarım çox dəstək oldular. Mənim üçün əsas anamın bəyənməsi idi. Bundan sonra kim, nə desə, tənqid belə olunsam, maraqlı deyil. Mahnım çox tez sevildi”.

Prodüser çalışdığı eks müğənnilər haqqında da, söhbət açıb:

“Gündə müğənni deyişən deyiləm. Tarixdə 4 ifaçı ilə iş birliyimiz yaddaqalan oldu. Emil, Sevda, Samira, Türkan.  Qədirbilməz, çörəyi dizinin üstündə olan insanlar çoxdur. Prodüser kimi hər şeyi edirsən, sonda da qayıdıb sənə deyirlər ki, “Nə etmisən mənim üçün”?! Bu sözü eşidəndə, başımdan sanki qaynar qazan tökürlər. Artıq bəsdir! Neynəyirəmsə, indidən sonra özüm üçün edəcəm. Samira müğənni kimi brenddir, amma özüm müğənnilik etdiyimə görə, istəmirəm kiminsə yanında çalışım. Müğənnilik məşğuliyyət idi, amma buna vaxt ayıra bilmirdim. Heç kim inanmırdı, lağa qoyurdu, dəstək yox idi, amma ortaya məhsul qoyandan sonra şoka düşüb, təəcüübləndilər. Türkan Vəlizadə ilə 10 illik dostluğumuz var idi. Əməkdaşlığımız alınmadı, yaxşılığım çox olub. “İnstagram”danda  bir-birimizi silmişik. Görüşəndə sadəcə "Salam, sağ ol". Mahnımı eşidib, ya yox bilmirəm, amma inanmıram ki, çatdırmayıblar, ifamı ona göndərməyiblər. Fikirini mahnı haqqında bildirməyib”

Prodüserin çalışdığı eks müğənni Türkan Vəlizadə ilə əlaqə saxladıq. İfaçının hazırki prodüseri bildirdi ki, onların əməkdaşlığı çoxdan bitib, dostdurlar. Cabirin mahnısını da eşidib.

Sevda Bayramova /REDAKTOR.AZ