Şəbnəm Tovuzlu həmkarlarına SATAŞDI - "Nə Günay, nə də Damla..."

 17:51 16.07.2019     419

“Canlı ifada nə Günay, nə də Damla mənim yanımda dura bilməz”.

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu canlı yayımda deyib:

“Günayın bir mahnısı trendə düşsə, o sevinər. Pərdəarxası məqamları bilmirsiniz. Mən bunu əsəblə dedim, çünki bilirəm nə üçün belə dedim. Canlı ifada Günay İbrahimli, Damla mənim yanımda dura bilməz. Onlar özü də bunu bilir ki, səs tembrləri mənə çatmaz. Mən xanəndəliyi bitirmişəm. Günay mənim üçün vacib biri deyil. Salamımı da alsa sağ olsun, almasa da... Küsülü deyilik. Sadəcə salam-sağolumuz var.

Sevda Bayramova / REDAKTOR.AZ