“Xana ilə Rəsul VİRUSDUR" – Müğənnidən ŞOK AÇIQLAMA

 18:17 16.07.2019     603

Müğənni, bəstəkar Sevər İbrahimova şou-biznesdə oxuyan vaynerləri tənqid edib.

Redaktor.az-a açıqlama verən İbrahim onların ünvanına sərt sözlər deyib:

“Xanadır, Rəsuldur heç tanımıram. Musiqidən anlayışları yoxdur. Onlar heç mahnı, meyxana da oxumurlar, janrları bəlli deyil. Lakin fanat ordusu yığıblar. Bu, biabırçılıq, fəlakətdir. İnsanlar onların oxumasından nə zövq alırlar?! Savadlı, səviyyəli musiqilərimiz var, bu cür bayağıları niyə toylarınıza dəvət edirsiniz?! Onlar virusdur. Musiqimiz üçuruma gedir. Trendi pul ilə alırlar. Süni baxış sayı artırılıb. Biz səviyyəli mahnılar oxuyuruq, boğazımızı cırıb, səviyyəli musiqilər təqdim edirik. Lakin heç dinlənilmir. Bunlar kimdir? Musiqinin yiyəsi yoxdur buna son qoysun? Özünüz üçün oxuyub, yaddaş kartında saxlayın, amma ictimaiyyətə çıxartmayın. Pəşəkar musiqiyə toxunmayın, bərbad günə qoymayın, çünki ayıbdır”

Qarşı tərəf ilə əlaqə saxladıq. Vaynerlər Rəsul Abbasov və Xana bildirdilər ki, bu cür insanı tanımır və ona baş qoşmaq istəmirlər.

Sevda Bayramova / REDAKTOR.AZ