ATV-nin əməkdaşı Brilliant Dadaşovanı SƏRT TƏNQİD ETDİ -DAVA BÖYÜYÜR

 16:52 17.07.2019     996

Xalq artistləri - Brilliant Dadaşova və Aygün Kazımova arasında olan qalmaqal böyüyür.

Redaktor.az bildirir ki, ötən gün Brilliant Dadaşova “İnstagram” səhifəsində mərhum sənətçi Mirzə Babayevin videosunu paylaşıb. İddia olunur ki, o, Aygün Kazımovaya sataşaraq, belə bir rəy yazıb:

“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanları, səsi olmayanları, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcılarını və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırılanları da görmədi”.

Aygün Kazımova da etməyib tənbəllik, götürüb, elə “İnstagram”da Mirzə Babayevin videousunu paylaşaraq həmkarına cavab verib:

Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Xalq artisti Brilliant Dadaşovadan növbəti cavab gəldi. Üçüncü raund:

“Bugün musiqimizin bu qədər bəsitləşməsindən, ortalıq meymunlarından, canlı oxumağı bacarmayanlardan, məhz Mirzə Babayevin ad günündə danışmaq istədim. Keçmişimdə və bu günümdə heç bir qüsur tapa bilməyənlər, məcburən şər-böhtana əl atıblar. Niyə zəif, əyyaş, boş hay-küy yaradan müğənni deyən kimi buraya komanda yollanır və deyilir ki, bu sözlər məhz filankəsə ünvanlanıb. Oxuya bilməyənlərdən danışanda gözünüzün önündə o dəqiqə yalnız bir müğənni canlanır? Sanki sübut etmək istəyirsiniz ki, səsi olmayan yalnız filankəsdir. Sözümü musiqiyə yox, boş hoqqabazlığa önəm verənlərə deyirəm. Səhifəmə 10-15 min adam yollasalar da, estrada musiqisindən danışacağam”.

Xalq artisti daha sonra, bir zamanlar məclislərin birində əlində tərəvəzlə çəkilən fotosuna görə onu aşağılamaq istəyənlərə də cavab verib:

“İç üzünüz Allahın verdiyi neməti yeyən yerdə qəfil fotomu çəkib, bunu ayıb imiş kimi qələmə verməyinizdə ortaya çıxır – öz “anaşa”nızdan. Boçkasına girib, “alkaş”lıq etdiyinizdən, sərxoş halda əyilmiş ağzınızla sizin kimi həyasızlardan abrını gözləyən müğənnilərə “bura səhnədir”, yox “ora səhnədir” deməkdən pis və ayıb şey imiş tərəvəz yemək? Bəsit – üç notdan ibarət mahnıların ifaçısı deyirəm, siz yalnız bir insana bunu şamil edirsiniz. Səhifəmə bir “lapet” adam göndərilib ki, kimisə tərifləsin. Bu da səsi olmayan müğənnilərin hay-küy yaratmaq bacarığının bir növüdür. Bəzi bəsit mahnıları hətta nənəm də canlı oxuyar. 50 yaşında birinci sinif şagirdi kimi oxumaqdansa, 70 yaşında olmaq yaxşıdır ”.

Dadaşova vaxtı ilə Kazımovanın “Nömrə 1” yarışmasında Natavan Həbibiyə uduzmasından da söhbət açıb:

“Nömrə bir dedikləri tramvay, avtobus nömrəsidir. Ona görə də özündən 25 yaş kiçiklərə SMS-lərdə uduzurlar. Tamaşaçı “Xalqın sevimlisi”nə niyə səs vermədi? PR gücünə “müğənni” olmaq istəyib, ola bilməyənlər, Brilliant elə şeylərdən çox uzaqdadır”.

Qalmaqala "ATV Maqazin ONLARLA" verilişinin müxbiri Ruslan Ağayev də qoşuldu. O, "İnstagram"da Xalq artisti Brilliant Dadaşovanın ittihamlarına cavab verdi: 

“Görəsən, Brilliant Dadaşovanın dərdi-səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb. Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır. “İşinizə yaramayanda savadsız oluruq. Amma bax orda həddinizi aşdınız! Tutduğunuz pillə belə, sizə kimisə təhqir etməyə ixtiyar vermir! Siz axı bizdən savadlı və böyüksünüz. Heç olmasa rəhmətlik Mirzə Babayevlə bağlı etdiyiniz paylaşımdan sui istifadə edib “sözyeritmə” üsulundan istifadə etməzdiniz. Rusiya və Türkiyə şou biznesində belə maqazin proqramları sənətçiləri özünəməxsus titullarla təqdim edir, şou biznesə maraq qatır. Hətta “10lar” prqoramının dövründən bizdə bu adət-ənənə var idi. İlk dəfə mən bu adları yazırdım, Afaq Gəncəli səsləndirirdi. Maraqlısı budur ki, tamaşaçı da qəbul edirdi və dillərə düşürdü. Hətta qonşu TV-lər də bu təqdimata qoşulurdu. Məsələn: Ölkənin əsas ulduzu Aygün Kazımova, Milyonların sevimlisi Röya Ayxan, Şou-biznesin əsas prodüseri Tarix Əliyev və s. titullar. Bizim reytinqimizə ehtiyacınız yox idisə, hər klip təqdimatında 18 nəfər zəng edib, niyə yalvar-yaxarla bizi dəvət edirdi? Sizin reytinqiniz sizə qalsın, bizim daha reytinqli əsas ulduzlarımız var. Bir az rahatlayın, unutmayın son rəy də tamaşaçınındır. P.S: Sizə də titul düşünə bilərik. Çox da əsəbiləşməyin”.

Çox keçmədi Dadaşova bu fikirə də, münasibət bildirdi:

“Müstəqil Azərbaycan qurduq. Amma heyif ki, ekranlarımız əksər hallarda sırtıq və savadsızların, ortalıq meymunlarının əlində qaldı. Yorulmadınız? Allah sizə haqqı nahaqqa satmağın günah olduğunu indiyədək göstərməyib? Çox şükür ki, sənətim yüksək olduğuna görə, maqazin proqramlarına, boş PR-a ehtiyacım olmadığından sizi yaxına buraxmamışam. Ona görə də yazıq İlhamə Quliyevanı məni pisləməyə öyrədirdiniz, indi hər verilişinizə gələnə reytinq üçün məndən bəhs etdirirsiniz. Özü də təbii ki, özünüzə yaraşan üslubda – mənfi”.

Söz savaşında kimin haqlı kimin haqsız olduğunu araşdırmaq üçün Xalq artistləri ilə əlaqə saxladıq. Brilliant Dadaşova telefonlarımıza cavab, prodüseri isə açıqlama vermək istəmədi. Aygün Kazımovanın işçisi isə Xalq artistinin hazırda ölkədə olmadığı söylədi.

Redaktor.az-a açıqlamanı isə ittiham olunan "ATV Maqazin ONLARLA" verilişinin müxbiri Ruslan Ağayev verdi:

" Brilliant xanim bizi təhqir etdi, halbuki kimliyindən asılı olmayaraq, heç kimin həddinə deyil bunu etmək. Onun icazəsi, ixtiyarı yoxdur. İki hətfə öncə Təranə Səmədova qonaq olanda ona sual verilir ki, hansı müğənninin ulduzu sönüb? O, da Brilliant xanımın adını çəkdi. Daha sonra isə Afaq Gəncəliyə iki düşmən Xalq artistləri haqqında sual verilir. Brilliant yoxsa Faiq Ağayev? Afaq xanım da, illərlə Faiq bəylə dost olduğundan onun adını söylədi. Burada heç nə baş verməyib, qalmaqal yoxdur. "Jara" festivalında Brilliant xanım mənə qarşı hörmətsizk etdi, sualımı eşidə-eşidə eşitməzliyə vurdu, bizdə süjeti olduğu kimi təqdim etdik. İlhamə Quliyeva ilə Brilliant xanim arasında illərlə mübahisələr gedib. O müsahibələri mən alırdım, amma məcbur etmirdim heç nəyə... Brilliant xanım İlhamə xanımın sağlığında heç vaxt cavab verməyib, indi dünyasını dəyişib deyə, belə bir status yazaraq, hər şeyi üstümüzə yapışdırır. Bunun hesabını kimdən soruşaq? Yalnış və yalan fikirlərdir".

Sevda Bayramova /REDAKTOR.AZ