Tolik: “Röya sağ-sol nədir bilmir”

 13:53 17.07.2019     380

“Röya guya bilirmi sağ-sol nədir? Əməkdar artistdir, amma bilmir. Sola dön deyəndə sağa dönəcək. Adama sual verir ki, hansı tərəfə çevrilim?”

Redaktor.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində aparıcı, prodüser Tarix Əliyev (Tolik) deyib.

Qeyd edək ki, verilişdə 15 qat Azərbaycan çempionu Eduard Məmmədov, Əməkdar artist Firuzə İbadova, müğənni Pərvin Lətifov və meyxanaçı Namiq Məna iştirak edib.

Sevda Bayramova /REDAKTOR.AZ