İlkin Həsəni ikinci dəfə ATA OLACAQ? - AÇIQLAMA

 15:27 18.07.2019     471

ATV-nin simalarından olan aparıcı İlkin Həsəni “İnstagram”da maraqlı paylaşım edib. O, uşaq arabası ilə şəkil çəkdirib. İzləyicilərindən təbrik mesajları alan Həsəninin ikinci dəfə ata olacağını düşünüblər.

Redaktor.az-a açıqlama verən Həsəni sualımıza gülərək cavab verib:

“Hər dəfə uşaq arabası ilə şəkil çəkdirib, paylaşanda yazırlar ki, ikinci dəfə ata olub. Sadəcə olaraq qızımın araba kolleksiyası üçün yeni model axtarırdıq. Xoşuma gəldi, şəkil çəkdirdim və paylaşdım. Çünki belə modellər bizim vaxtımızda olmayıb. İkinci dəfə ata olmaq xəbəri yalandır”.

Sevda Bayramova /REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən