"DYP işçiləri məni saxlayanda şəkil çəkdirirlər" - Xalq artisti yol polislərindən danışdı

 17:26 19.07.2019     811

Sənət adamlarının dilindən hərdən belə ifadə eşidirik: “Sağ olsun DYP işçiləri, bizə hörmət edib, buraxırlar”.

Maraqlıdır, bəs görəsən tətbiq olunan qaydalar hər kəsə fərqli şəkildə şamil olunur?

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Redaktor.az-a açıqlama verib:

“Ciddi əhəmiyyət kəsb etməyən qayda pozuntusu baş veribsə, həmin şəxs etdiyi səhvə görə peşimandırsa, onların şəxsiyyəti nəzərə alınaraq xəbərdarlıq formasında müəyyən dərəcədə güzəştlik edilə bilər. Məsələn, hərəkət təhlükəsizliyini o qədər də, ciddi şəkildə təhlükə altına atmayıbsa, əməkdaş tərəfindən cəza tətbiq edilməyə bilər. Amma bu, o demək deyil ki, tanınmış adam daima yol hərəkət qaydalarını pozub, məsuliyyətdən qaca bilər. Qanunvericiliyə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməməsi haqqında madə var, amma o, əsənət adamlarına şamil olunmur”.

Xalq artisti Səməd Səmədov saytımıza danışıb:

“Baxmayaraq ki, Xalq artisti, ağ saqqalam, tələssəm belə çalışıram yolda bütün qaydalara riayyət edim. Bu yaxınlarda evimə radar gəldi. İşıqforun yanında qalın xətt var, onu basdalamaq olmaz. Mən bunu bilmirdim. İldə bir-iki dəfə radar gəlir, dərhal cəriməmi ödəyirəm. DYP işçiləri məni saxlayanda şəkil çəkdirirlər, diskimi istəyirlər. Sürücüm də var, ona da deyirəm ki, yol qaydalarına riayyət etsin. Ailəmdə hər kəs avtomobilə minəndə kəmər taxırlar, mən də həmçinin. Düşünürəm ki, polis adlı, statuslu, Səməd Səmədov, Manaf Ağayev, Ağadadaş Ağayev kimi adamı saxlayırsa, məsləhət verib, onu buraxmalıdır”.

Sevda Bayramova / REDAKTOR.AZ