“Atam çox güclü insandır...” - Oğlu Yalçın Rzazadədən danışdı

 09:59 20.07.2019     786

Ötən gün Xalq artisti Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

Bu barədə Redaktor.az-a onun oğlu Mətin Rzazadə məlumat verib:

“Əməliyatı yaxşı keçdi. Bu gün iki sistem qoyulub. Biri təqribən 48 saat çəkib. Axşama yaxın iki saatlıq açıq havaya çıxmağa icazə veriləcək. Həyatı riski olub-olmadığı barədə həkimlər hələ ki heç nə açıqlamırlar. Müalicənin nəticəsində hər şey məllum olacaq. Yalçın müəllim çox güclü insandır. Hər kəsi sakitləşdirirdi ki, yaxşıyam, geri qayıdacam. Analizlərin nəticələri gələn həftə gələcək. Həkimlər hazırda atamın immun sisteminin qaldırılması ilə məşğuldur. Cavablar gələndən sonra növbəti dəfə əməliyyat olunacaq. Yalçın müəllim əməliyyata girməyi istəmirdi, professorların, psixoloqların danışıqlarından sonra razı sala bildik”.

Qeyd edək ki, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb.

Sevda Bayramova /REDAKTOR.AZ