Xalq artistindən XƏBƏR VAR - Yalçın Rzazadə AÇIQ HAVAYA ÇIXARILDI

 21:19 20.07.2019     1166

Xəbər verdiyimiz kimi Xalq artisti Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

"O, həkimlərin nəzarəti altında bir neçə saatlıq açıq havaya çıxarılıb".

Bunu Redaktor.az-a Xalq artistinin oğlu Mətin Rzazadə söyləyib:

“Vəziyyəti normaldır. Müayinə olunub, yeməyini yeyib. Otaqda çox sıxılırdı, baş gicələnməsi, ağrısı var idi. Dünən təzyiqi 170-ə qalxmışdı, həkimlər dərhal müdaxilə etdilər".

Sevda Bayramova / REDAKTOR.AZ