“Tezliklə sağalıb, qayıdacam” – Yalçın Rzazadənin səhhəti ilə bağlı SON MƏLUMAT

 14:55 22.07.2019     356

Türkiyədə əməliyyat olunan Xalq artisti Yalçın Rzazadədən xəbər var.

Redaktor.az xəbər verir ki, əməliyyatdan sonra bir neçə saatlıq açıq havaya çıxarılan Rzazadə daha sonra baş gicəllənmə və ağrılarla üzləşib.

Bu barədə saytımıza Xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib:

“Çox enişli və yoxuşlu yollardan istifadə etdiyindən, tənginəfəs olub. Təzyiqi tez-tez oynuyur. Çox gəzə bilmir. O, öyrəşməyib uzanıq həyat tərzinə. Yalçın müəllim özünü pis hiss etsə belə, bunu biruzə verməz, heç kimin əhvalını körlamaz, bildirməz. Deyər ki, tezliklə sağalıb, qayıdacağam”.

Sevda Bayramova / REDAKTOR.AZ