Fərda Xudaverdiyev: “Tam fərqli ssenaridir, çox güləcəksiniz...”

 13:12 23.07.2019     414

Aktyor Fərda Xudaverdiyev yeni ekran əsərləri üçün kamera qarşısına keçib.

O, çəkilişlər barəsində xüsusi olaraq Redaktor.az-a açıqlama verib:

““Niyə” filminin çəkilişləri artıq bitib. Hazırda Lənkəranda “Qız Qaçırtma”nı çəkirik. Hər şey yüksək səviyyədə ərsəyə gəlir. Qəhrəmanlar eynidir, dəyişiklik yoxdur. Tam fərqli ssenaridir. Çox gülməli olacaq, zövq alacaqsınız. 5,6 günə çəkilişlər bitəcək. Dekabr, mart aylarında kinoteatrlarda nümayiş olunacağı planlaşdırılır”.

Sevda Bayramova /REDAKTOR.AZ