“Məni incidənləri, qıranları sevmədim...” - Günel

 11:31 24.07.2019     889

“Azeri kızı Günel” adı altında məşhurlaşan həmyerlimiz Günel Zeynalova “İnstagram”da aktivlik nümayiş etdirir.

Redaktor.az bildirir ki, ifaçı sevgi etirafları edib:

“Mən də etdim, elə ürəkdən etdim ki, qəbulu mümkün oldu. Nə gözəldir bir ürəyin kölgəsinə sığına bilmək. Ağlamaq da yaraşır bu gözlərə, çünki gülümsəyə bilir. Ürəyimdə heç bir hissi əmanət yaşamadım ki, məni incidənləri, qıranları "sevmədim” deyə bilim. Sevdim, həm də çox sevdim. Saydım olduğu kimi, dəyişdirmədim.Ürəyinizdə kölgələrə sığınabiləcəyiniz sevdikləriniz olsun. Çətin olsa da, daim olsun. Ağacların budaqları, rəngləri fərqli-fərqli, mənzərənin gözəlliyinə baxın. İnsanların da xarici görünüşünə baxın. Əslində hər kəsin qəlbinin dərinliyinə enib, baxmaq lazımdır. Bizi unuda bilən, bizsiz yaşayan ürəklərə salam olsun.

Sevda Bayramova /REDAKTOR.AZ