“Toliklə adaya düşmək istəmərəm, çünki...” - Şou əhli NARAZIDIR

 19:30 24.07.2019     1363

“Toliklə səssiz və kimsəsiz adaya düşmək istəmərəm”

Maraqlıdır, şou əhli səssiz və kimsəsiz adaya düşsə, yanında kimin olmasını istəyərlər?

Bəs görəsən elə bir tanınmış var mı ki, onunla nəinki səssiz adaya, heç bir araya gəlməyi istəməz?

Jurnalist Türkan Məmmədli Redaktor.az-a açıqlama verdi:

“Heç kimlə düşmək istəmərəm. Onların əlindən qaçıram. Şou-bizneslə düşməkdənsə, tək getmək daha yaxşıdır. Adada şouya baxmağa halım yoxdur. Elə məsələn, Toliklə səssiz adaya düşməyi istəmərəm, çünki bütün günü dalaşacağıq”.

Aktyor Həsrət Həsrətov saytımıza danışdı:

“Səssiz və kimsəsiz adaya həmkarım, aktyor Ülvi Həsənliylə düşməyi heç də istəməzdim, çünki saçları gür və qıvırcıqdır gec quruyacaq bu da, problemdir”.

Şairə Nazilə Səfərli görün, adaya kiminlə düşmək istərdi:

“Səssiz və kimsəsiz adaya gözü qara, taktikası olan, çətinlikdən çıxmağı bacaran, ruh aləmi zəngin olan insanla getmək istərdim. Çünki burada ev yeməyi bişirməlisən, heyvanları tanımalısan, ov ovlamağı, balıq tutmağı bacarmalısan. Bunları tək başına etmək çətindir, həmçinin də, gecələri tək qalsan qorxarsan. Özümlə Zaur və Günay Baxşəliyevaları götürərdim. Günay ev işlərini yaxşı bacarır, Zaur isə lazım olsa, özünü həlak edər və hər bir problemə güc gəlməkdə köməklik göstərər. Onlarla söhbətim əla alınır. Qardaş-bacı dolanıb, gedərik. Rahatlıqla bir il dözərəm”.

Aktyor Allahverdi Yolçuyev Xalq artistimizlə adada tək qalmaq istəmədiyini etiraf etdi:

“Arif Quliyevlə səssiz və kimsəsiz adada qalmaq istəməzdim. Çünki bütün günü "Salam, sağ ol" deyib, qaçır. Məni də tək qoyub qaçar, ona görə qorxuram”.

Prodüser Təranə Səmədova sualımıza cavab verdi:

“Samir Bağırovla səssiz adaya birgə düşmək istəməzdim. Çünki bütün günü yatacaq, mən də darıxacam və yenədə tək qalacam”.

Aparıcı Sərxan Kərəmoğlu səssiz və kimsəsiz adaya müğənni Mətanət Əsədova ilə birlikdə düşmək istəyərdi:

"Mətanətdə maraqlı olardı. Deyib, gülərdik sonra da oturub ağlayardıq. Çünki bizi-bizdən yaxşı heç kim anlaya bilməz. Təranə Qumralla istəməzdim".

Aparıcı Vüsalə Kərimova səssiz və kimsəsiz adaya şou biznesdən heç kimlə düşmək istəməzdi:

"Səssiz və kimsəsiz adaya düşmək üçün razılıq versəm, heç kimi yanımda istəmərəm. Əgər dincələcəmsə, neynirəm kimsəni? Mənim üçün şou-biznes nümayəndəsi, ya da digər peşə sahibi olması fərqli deyil. Həm də ətrafım təkcə şou-biznesdən ibarət deyil. Dostlarım arasında siyasi və ictimai sahədə çalışanlar var. Bir sözlə, adaya yalnız getmək istəyərdim".

Sevda Bayramova / REDAKTOR.AZ