Günay İbrahimli onları fırıldaqçılıqda İTTİHAM ETDİ - FOTO

 12:56 25.07.2019     1095

Müğənni Günay İbrahimli xoşagəlməz hadisə ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, arıqladıcı çay satan firma sənətçinin şəkilini montaj edərək, məhsulunu satışa çıxarıb. Deyilənə görə, sözügedən məhsul insan sağlamlığı üçün ciddi şəkildə ziyanlıdır. Hər halda, Günay İbrahimli bunu iddia edir.

Müğənni bu barədə “İnstagram” səhifəsində məllumat verib:

Bütün pislikləri, yalan əməlləri zəmanənin üstünə atmayaq. Nə qədər ki, belə yalançı, böhtan atan, insanlar var, vay zəmanənin halına. Baxın, nə həddə çatmışıq ki, şəklimi götürüb, montaj edərək öz məhsullarını reklam edirlər. Beləsinə nə deyəsən? İndi görün, şirkətin bu məhsulu necə zərərlidir, insan həyatına. Fırıldaq, yalan, böhtan... Ayıb olsun. Mən belə məhsul tanımıram. Dostlar, belə bir reklam görsəniz, şikayət edin. Belə yalançıların bizim adımızdan istifadə etməyinə icazə verməyək”.

Sevda Bayramova /REDAKTOR.AZ