Zaur bu dəfə OĞLUNDAN DANIŞDI

 17:44 25.07.2019     1297

Ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində gözlənilməz açıqlamalar səsləndirilib.

Redaktor.az bildirir ki, aparıcı verilişdə sənət dostları ilə birlikdə yollandığı səfər həmçinin də aeroportda oğlunun başına gələn məzəli əhvalatdan danışıb:

“Təyyarənin uçuşuna 10-15 dəqiqə qalıb. Oğlum gedib əlini yumağa. Gedəndə orada Orxan Babazadə və başqa bir müğənninin adını eşidib. Gəlib deyir ki, “Ata, qəşəng yerdir ora. Orada qapını açan kimi adamın adını deyirlər”. Sən demə, hava limanı o qədər səs-küydür ki, heç nə eşidilmir. Amma orada açıq eşidilir ki, Orxan Babazadə, filankəs gecikir təyyarəyə. Təyyarə orada gecikənlərin adını elan verir. Bu da elə bilir ki, ora gedib əlini yuduğu yerdə adını çəkirlər ki, filankəs xoş gəlib”

Sevda Bayramova /REDAKTOR.AZ