Filipp Kirkorov Bakıya uşaqları ilə gəldi

 19:11 25.07.2019     1351

Rusiyanın Xalq artisti Filip Kirkorov Bakıda keçirilən "JARA-2019" Beynəlxalq Musiq Festivalında iştirak üçün artıq ölkəmizdədir.

Redaktor.az Trend-ə istinadən bildirir ki, müğənni paytaxtımıza uşaqları ilə təşrif buyurub.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.

Trend müğənninin qızı Alla-Viktoriya və oğlu Martin-Kristin ilə birgə Bakıda çəkilmiş fotolarını təqdim edir.