“JARA”nın səhnəsinə çıxsam, gərək oradakılar "çamodan"larını yığıb,ölkəni tərk etsinlər” - İDDİAYA BAXIN...

 16:30 26.07.2019     772

Ötən gün dördüncü “Jara” festivalı başlayıb. Rusiya və Ukrayna şou-biznesinin parlaq ulduzları Xəzərin Sahilində musiqisevərləri necə deyərlər, coşdurmağı bacarıb. Bu il də, hər zaman olduğu kimi Azərbaycan estradasının sevilən simalarından bir neçəsi festivalda iştirak edirlər.

Bəs, görəsən digər tanınmış yerli sənətçilərimizin adları sözügedən siyahıda niyə yoxdur?

Vaxtı ilə “Yeni Ulduz” musiqi yarışmasında iştirak edən, hətta fərqlənən müğənni Sevinc Musayeva Redaktor.az-a dəvət olunmamasının səbəblərini açıqlayıb:

“Mənim orada iştirak etməməyimin səbəbləri çoxdur. Əsas odur ki, təklif gəlməyib, bundan sonra da gözləmirəm. Gərək, bütün çılpaqlığı ilə əsl şou-biznes adamı olasan. Ona görədə hər şeyi real qəbul edirəm. Səs, görünüş o qədər də önəmli və kifayyət deyil. Məndə tamamilə başqa fikir yaranıb, kimisə yerinə otuzdurmaq istəsəm və o səhnəyə çıxsam, gərək ordakilar çamodanlarını yığıb Azərbaycanı tərk etsinlər... Potensial, güc, görünüş, səs, səhnə mədəniyyəti var, amma o səhnəni fəth etmək içimdən gəlmir. Orada iştirak edənlərdən ən çox Aygün Kazımovaya görə sevinirəm. Çünki o, əsl “Jara”ya yaraşır”.

Müğənni Zamiq Hüseynov da saytımıza danışdı:

“Açığı, bilmirəm niyə adım festivalda iştirak edənlərin siyahısında yoxdur... Təklif gəlsəydi, o səhnədə çıxış etməyi çox istəyərdim. Gözəl yerdir, amma niyə orda olmadığımı heç vaxt düşünməmişəm”.

Qeyd edək ki, "Jara" festivalı iyulun 28-dək davam edəcək.

Sevda Bayramova /REDAKTOR.AZ