AKTRİSA DİREKTORDAN ƏL ÇƏKMİR... - “Tək istəyim İftixar Piriyevi kürsüdən endirməkdir”

 15:28 30.07.2019     341

Bir neçə gün öncə uşağının tələf olduğunu iddia edən aktrisa Şəbnəm Cəbrayılova keçmiş direktorundan əl çəkməyəcək..

Redaktor.az-a açıqlama verən aktrisa övladının ölümündə günahlandırdığı İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru İftixar Piriyevdən, aidiyyatı orqanlara şikayyət edəcəyini bildirdi:

“Məhkəməyə, Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, Prezidentə müraciət edəcəm. O, uşağımı mənə qaytara biləcəkmi? Təzminat ödəsə belə, onu cırıb, üzünə atacam. Təzə ailə həyatı qurmuşam, həyat yoldaşım əlinin içində saxlayırdı məni. 10 gün ərzində əsəbdən övladım tələf oldu. Həyat yoldaşımla animator vəzifəsində çalışırdım. Burada gizlətməli heçnə yoxdur. Sən köhnə “Qazel” ilə məni səfərə yolladın. Teatrın sürücüsü hansı vəziyyətdə olduğumu görüb. Gəncədə qastrol zamanı ağrılarım çoxaldı, bunu baş rejissora dedim, amma nə fayda...

Direktora söylədim ki, kollektivlə, o şəraitdə geri qayıda bilmərəm, anlamadı. Hamiləliyimi "zavtruppa"ya dedim, sən demə, o da çatdırmayıb. Direktor bunu öyrənəndən sonra dedi ki, əvəzinə dublyorun səhnəyə çıxsın. Üstündən bir müddət keçdi, mən bilmirəm nə fikirləşdisə, məni işdən azad etdi. İzah etdim ki, ilk 3 ay qorunmalıyam. Başladı məni sənətlə qorxutmağa. Yalnız İftixar Piriyev kürsüdən düşəndən sonra rahat olacam. Bunun üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, ötən gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev saytımıza açıqlamasında, aktirisanın ittihamlarını rədd edərək, onun ümumiyyətlə, hamilə olmadığını bildirmişdi. SİTAT: " O, hamilə olduğu barədə rəsmi heç bir sübut təqdim edə bilmədi. Əgər, hamilə olduğunu sübut etsə, onu yenidən işə qaytaracam".

Sevda Bayramova /REDAKTOR.AZ