Görün, məşhurların həyatını qaraldan komplekslər nələrdi - ONUN ƏLİ-AYAĞI BİR-BİRİNƏ DOLAŞIR

 16:57 30.07.2019     878

Hər bir insanın özünəməxsus kompleksi mövcuddur. Və bu komplekslər hər kəsdə müxtəlif əlamətlərlə müşahidə olunur. Məsələn, birinin xarici görünüşü ilə əlaqəlidir, digərlərinin isə xasiyyətiylə.

Bəs, görəsən, tanınmış simaların hansı kompleksləri var ki, onu dəf edə bilirlər?

Məsələn, Redaktor.az-a açıqlamasında aparıcı Şəhriyar Əbilov deyib ki, pis görünməkdən çox qorxur:

“Hər zaman yaxşı görünmək istəyirəm. Görünüşümdə nəsə pis olsa, dərhal kompleksə düşürəm. Ona görə də,daim səliqəli və formada olmağa çalışıram”.

Əməkdar artist Elza Seyidcahan:

“Mənim üçün kompleks hardasa tərbiyyə, əxlaq deməkdir. Milli-mənəvi dəyərlərimizi, ənənələrimizi qorumalıyıq”.

Sən demə, şairə Nazilə Səfərlinin ən böyük kompleksi çənəsi imiş:

“Çənə hissəm çox balaca, üzüm yumuru olduğundan çəkilişlərdə müdaxilələr edirəm. Profildən foto çəkmələrinə icazə vermirəm. Çənəmə görə kompleksə düşürəm. Çənəsi olan, üz konturları sümüyü ilə görsənən qızlara paxıllıq edirəm”.

Aktyor Səbuhi Bayramovun da komleksi var:

“İctimai rəyə qarşı kompleksim var. Ona görə də, nəsə edəndə 100 ölçüb 1 biçirəm. Bir sözlə, ictimai qınağa tuş gəlməkdən çəkinirəm".

Aparıcı Humay Muxtarovanın əvvəllər kompleksi olub:

“Boyumun balaca olduğuna görə kompleks yaşayırdım. Amma indi hər şeyi öz axarına buraxmışam”.

Müğənni Elvin Abdullayev də kompleksi olan məşhurlar siyahısındadır:

“Müğənni səhnədə hər şeyi bacarmalıdır. Xüsusilə də rəqs etməyi. Təəssüf ki, səhnədə oynaya bilmirəm, kompleksim imkan vemir".

Jurnalist Əfruzə Ağayeva isə əməliyyat nəticəsində bu kompleksindən yaxa qurtarıb:

“Əvvəllər köklüyümlə bağlı kompleksim var idi. Onu da estetik əməliyyatla yoluna qoyduq. Hazırda kompleksim yoxdur. Çox rahat insanam”.

Aparıcı Kamran Quliyevin isə çox qəribə kompleksi var:

“Kimsə məni tanıyanda, yaxınlaşanda əlim-ayağım bir-birinə dolaşır. Özümdən asılı deyil”.

Jurnalist Türkan Məmmədli isə çox gözəl olmasına ramən, artıq çəkisinə görə kompleks yaşayır.

Sevda Bayramova /REDAKTOR.AZ