“Onlar ruhu kasıb, düşüncəsi xəstədır...” - ŞOU-BİZNESDƏ DOSTLUQ VAR?

 21:59 30.07.2019     892

Sənət camiyası arasında belə bir fikir formalaşıb: “Şou-biznesdə dostluq yoxdur” Çox maraqlıdır bütün günü dodaq-dodağa öpüşən, can deyib can eşidən tanınmışlara nə oldu ki, birdən-birə belə bir fikrə gəlib, çatdılar.

Məsələn Əməkdar artist Zaur Əmiraslanov Redaktor.az-a açıqlamasında bildirdi ki, şou-biznesdə dostluq var amma...

“Sağlam düşüncəli, sənəti, savadı olan insanlar arasında çox gözəl dostluq var. Kim hesab edir ki, bu aləmdə dostluq yoxdur, onlar ruhu kasıb, düşüncəsi xəstədir. Onlar öz-özü ilə yola getmir, dostluq edə bilmir. Şou-biznesdə Ədalət Şükürov, Samir Cəfərov, Elza Seyidcahan, Aybəniz Haşımova, Sevda Ələkbərzadə ilə dostluğum var, onların qulluğundayam, çalışıram işlərinə yarayım. Amma elələri də var ki, onlarla 5 dəqiqə bir yerdə oturmaq olmur. Çalışmaq lazımdır ki, hər kəslə az-az münasibətdə olasan. O, zaman dəyərli olursan. Ümumi səslənən fikirlər mənim üçün vacib deyil. Gərək sirrlərini hərkəsin yanında açıq-aşkar danışmayasan”.

Müğənni Vaqif Şıxəliyev isə sənət camiyası ilə dostluq etməyi bacarır amma onları evinə buraxmır:

“Bu, sənətdə hər kəsin öz ətrafı var. Burada yaxşı dostlar var. Sadəcə olaraq buna vaxt tapmaq lazımdır. Yəgin bu, sözü deyən adam şou-biznesdən tamamilə üz döndərib. Bəlkədə başqa sənət sahibi olsaydıq ailəlikçə dostluq edib, bir-birimizin evinə gedib-gələrdik. Evimin içinə müğənni buraxmamışam. Ancaq Teymur Əmrah bizdə olub".

Sevda Bayramova /REDAKTOR.AZ