"Planet Parni iz Baku"nun Emil Abbasovu DEYİLƏNLƏRİ RƏDD ETDİ - İstintaq hər şeyi ayırd edəcək

 12:10 31.07.2019     942

Bu gün səhər saatlarından ölkə mətbuatında "Planet Parni iz Baku"  KVN teatrının aktyoru Emil Abbasov haqqında xoşagəlməz məlumatlar yayıldı.

Deyilənlərə görə, Abbasovun da olduğu “Silverado” markalı avtomobil, Qarabağ əlilini vuraraq, öldürüb. Lakin heç bir mətbu orqan faktı təsdiqləmək fikrinə düşmədi. 

Redaktor.az-ın hadisə ilə bağlı verdiyi sualı cavablandıran aktyor bildirdi ki, onunla bağlı deyilənlərin heç bir əsası yoxdur:

“Tamamilə yalan məllumatdır. Adımdan istifadə edərək qara piyar ilə məşqul olurlar. Məsələn, "məşhur adam Qarabağ əlilini öldürüb" kimi boş-boş işlərlə məşqul olurlar. Yalandır. Qəza törədən insan mənim yaxın dostumdur. Qəza zamanı mən o maşında olmamışam. Hadisədən dərhal sonra dostum zəng etdi, mən də hadisə yerinə getdim. Hazırda istintaq işləri gedir.”

Qeyd edək ki, Qarabağ əlili- 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlu Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzası nəticəsində vəfat edib.

Sevda Bayramova /REDAKTOR.AZ