Məşhur aparıcı ərindən BOŞANMAYIB - "Qarşı tərəf boşanmağı istəmir"

 15:48 31.07.2019     868

Məşhur azərbaycanlı aparıcı Zümrüd Bədəlova Redaktor.az-ın suallarını cavablayıb.

Şəxsi həyatı ilə bağlı açıqlama verən Zümrüd sən demə həyat yoldaşından ayrılsa da, rəsmi boşanmayıb:

“Boşanmamışam, amma fikrimdə var. Azərbaycanda subayam. Rəsmi nikahım Moskvada olub. Ona görə də, sənədlərin dalınca düşmədim. Buradan istədik boşanaq, o da alınmadı. Orada ərizə yazıb, məhkəməyə müraciət etməliyəm. Gərək ərə getmək fikrinə çatım ki, boşanmanın davasını aparım. Heç vecimə olmadığına görə, iş qalıb. Qaynanam ilə arada əlaqə saxlayıram. Hələ də ümid edir ki, qayıdacam. Yəqin, qarşı tərəf boşanmağı istəmir ”

Maraqlıdır, məşhur aparıcıya həyat yoldaşından ayrılandan sonra sevgi etiraf ediblər?

“Şəxsi həyata vaxt var? Bu il ərzində 4 evlilik təklifi almışam. Onlara ciddi yanaşmıram. Gülüb, keçirəm. Çünki son zamanlar verilişlər, filmlər, çəkilişlər çoxdur”.

Zümrüd Bədəlova ailə həyatı qurandan sonra sənəti ilə vidalaşıb:

“Moskvada yaşamalıydım, ona görə də buradan köçdüm. Hər şeyə xət çəkdim və getdim. Çox peşimanam. Bu gün olsa, qətiyyən bu addımı atmaram”.

Sevda Bayramova / REDAKTOR.AZ