"Bayağı mahnılarla mübarizə aparıram" - Bəstəkar Gövhər Həsənzadə

 17:12 31.07.2019     366

Son zamanlar əksər bəstəkarların bir yaralı yeri var. Bu da ki, bayağılaşmış musiqilər.

Görəsən, mövcud vəziyyəti həll etmək mümkündür? Sözügedən bəstəkarlar addım atıblar?

Problemlə bağlı Gövhər Həsənzadə Redaktor.az-a açıqlama verib:

“Həyatı boyu hazırladığım əsəri heç bir müğənniyə təklif etməmişəm. Ancaq dövlət tədbiri, layihə, müsabiqə üçün musiqimiz ünvanlı insan üçün sifariş olunub, mən də təqdim etmişəm. Heç kim üçün mahnı yazmıram, yaradıcılıqla məşğul oluram. Bayağı musiqilər mövzusu bu dəqiqə hər bir vətəndaşın yaralı yeridir. Bununla mübarizə aparıram. Musiqini yazırıq, müraciət edirik, amma təbliğ olunmur. Yaxşı, pəşakar ifaçıya musiqini oxutdurmaqla məsələ həll olunmur. Bu, qlobal problemdir. Televiziyalarda, mediada peşəkar, məktəbi olan mahnılar səslənməlidir. Bu problemi heç bir peşəkar müğənni, bəstəkar həll edə bilməz".

"Səhərdən axşama qədər necə ki hər hansısa məhsulu reklam ediriksə, mahnımızı da, təbliğ edib, maarifləndirmək lazımdır. Bazarda hər şey satıldı, qalıb musiqimiz. Nə qədər bizə qarşı haqsızlıq, laqeydlik, qayğısızlık var, yaradıcılığımızla maraqlanmayacaqlar, yazdığımız mahnıların mübarizəsi getməyəcək,  o vaxta qədər mövcud vəziyyət düzəlməyəcək. Hazırda İzzət İbrahimov, İradə İbrahimova, İlahə Fəda ilə çalışırıq. Vicdanım təmizdir. Yerimdə durmuram, çalışıram və ümidvaram ki, mahnılarım yaranan boşluqda rol oynayacaq”.

Sevda Bayramova /REDAKTOR.AZ