Qorxmaz Əlilicanzadə Tolikin verilişinə NİYƏ GƏLMƏDİ?

 10:26 01.08.2019     788

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində gözlənilməz anlar yaşanıb.

Redaktor. az xəbər verir ki, canlı efirə qonaq qismində dəvət olunan, yenicə əməkdar artist adını alan Qorxmaz Əlilicanzadə verilişə gəlməkdən imtina edib.

Buna səbəb isə verilişin anonsunda soyadının səhv qeyd olunması olub. Layihənin aparıcısı Tarix Əliyev (Tolik) verilişdə bu barədə açıqlama verib:

“Bu gün bura gəlməmisiniz. Buna haqqınız var. Düz eləmisiniz. Atanızın sizə verdiyi soyadını anonsda səhv yazıblar. Redaktorun günahı yoxdur. Çingiz bəy bundan sonra anonslarımı yazmayacaq”.

Qeyd edək ki, bir müddət sonra əməkdar artist canlı efirə qatılıb.

Sevda Bayramova / REDAKTOR.AZ