Tanınmış musiqiçi oteldə ölü tapıldı

 23:59 01.08.2019     972

Türkiyəli musiqiçi Fırat Şallı oteldə ölü tapılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şallı Marmaris şəhərindəki otellərdən birində ölü tapılıb. 

Aparılan araşdırmalardan sonra gənc musiqiçinin üzərində hər hansısa zədə izi aşkar edilməyib.

Hazırda gitara ifaçısının ölüm səbəbləri araşdırılır.