“Ağıllı olun, heç kim cavabımı verə bilməz” - Tolik ƏSƏBİLƏŞDİ / VİDEO

 13:15 02.08.2019     1132

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində xoşagəlməz açıqlamalar səsləndirilib.

Redaktor.az xəbər verir ki, layihənin aparıcısı Tarix Əliyev (Tolik) iddia edib ki, “MTV Azərbaycan”ın əməkdaşları tərəfindən qadağalar alır.

Əliyevin sözlərinə görə, MTV-nin işçiləri müğənnilərə zəng edərək, Xəzər TV-də kliplərinin yayınlanmasına qadağa qoyduqlarını bildirib. Aparıcı məsələyə sərt reaksiya verib. 

MTV-nin baş prodüseri Həmzə Məmmədli isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, heç bir qadağadan söhbət gedə bilməz. Lakin müğənni  klipini ilk dəfə MTV-də yayımlayırsa, o zaman həmin klipi 3 gün müddətində nəinki televiziyalarda, heç "Youtube"də də yerləşdirə bilməz. 

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ