Cavid Gül bu dəfə intiharı reklam edənlərə SƏSLƏNDİ

 17:00 02.08.2019     1166

Məşhur aparıcı Cavid Gül “İnstagram”da etdiyi son paylaşımı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Redaktor.az xəbər verir ki, aparıcı bu dəfə intiharı reklam edənləri sərt tənqid edib.

Onun sözlərinə görə bu cür qorxunc hadisələrlə gündəmə gəlmək yol verilməzdir:

“Dəyərli dostlar, intiharı reklam etməyin, intihar edənləri qəhrəmanlara çevirməyin. Depresiv və digər problemli gənclər bu qədər diqqəti görüb, bu yola əl atır. Həyata bir dəfə gəlir insan, ikinci şansın yoxdur. Bu hədiyyəni düzgün istifadə edin”.

Sevda Bayramova / REDAKTOR.AZ