Məşhur müğənni polis bölməsinə aparıldı - FOTO

 22:37 02.08.2019     1340

Türkiyəli müğənni Sıla yeni sevgilisi Hazar Ameni ilə Bodrumda istirahətə yollanıb.

Redaktor.az xəbər verir ki, cütlük villa kirayələyib və görüntülənməmək üçün evdən çölə çıxmayıblar.

Onlar gecə parti vermək qərarına gəlib. Partidə sevgililərin 6 dostu olub. Hovuz kənarında əylənən dostlar musiqinin səsini sonunadək açıb. Qonşular isə bundan narahatlığı dilə gətirib.

Lakin onlar şikayətə əhəmiyyət verməyərək, partiyə davam ediblər. Nəticədə qonşular polis çağırıb. Sıla və Hazar ifadə vermək üçün bölməyə aparılıb.

Qeyd edək ki, Hazar Ameni yaxın aylarda həyat yoldaşından ayrılıb. Sıla və sevgilisi ilk dəfə qışda avtomobildə görüntülənmişdi. /unikal.org/