Ariana Qrandenin yeni klipi bir sutkada 20 milyon dəfə baxıldı - VİDEO

 10:56 04.08.2019     2743

Ariana Qrandenin “YouTube” kanalında yerləşdirdiyi “Boyfriend” klipi bir sutka ərzində 20 milyon baxış toplayıb.

Redaktor.az ölkə.az-a istinadən bildirir ki, müğənni yeni kompozisiyasını pop-duet “Social House” ilə birlikdə ərsəyə gətirib. 

Bu mahnını yazmağa onu nə ilhamlandırıb sualına isə Ariana Qrande “Twitter” hesabında cavab verib: “Zənnimcə, mahnıda tanıdıqlarımın əksəriyyətinin həyatında baş verənlərdən danışılır! İnsanlar sevmək istəyirlər, lakin hislərini bildirmək, kiməsə tam güvənmək istəmirlər”.