Ulduz müğənni 736 milyon dollar qazandı - REKORD GÖSTƏRİCİ

 16:45 04.08.2019     4261

Musiqiçi Ed Şirana mayın 24-də Fransada verdiyi konsertlə rekorda imza atıb.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, Ed "U2"nin rekordunu qıraraq, "The Divide" turu çərçivəsində verdiyi konsertə 7 315 970 milyon tamaşaçı toplayıb.

Eyni zamanda musiqiçi qazandığı məbləğlə də rekorda imza atıb. O, konsert turundan 736 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, U2 2011-ci il 20 iyulda verdiyi konsertə 7,3 milyon tamaşaçı toplamışdı.