Azərbaycandan türkiyəli aktrisaya 3 milyonluq TƏKLİF

 17:09 04.08.2019     6283

"Bir zamanlar Çukurova" serialı ilə məşhurlaşan aktrisa Hilal Altınbileyə Azərbaycandan təklif gəlib.

Redaktor.az Unikal.org-a istinadən xəbər verir ki, çərəz markalarından biri yaxın günlərdə türkiyədə məhsulunu satışa çıxaracaq. Bunun üçün onlar aktrisanı reklam siması seçiblər.

Hilal isə bunun üçün şirkətdən 3 milyon lirə (təxminən 910 min manat) istəyib. Hər iki tərəf razılığa gəlib və aktrisa yaxın günlərdə kamera qarşısına keçəcək.