Əfsanəvi qrupun konsertində OLAY - Səhnə OD TUTUB YANDI /Video

 23:39 07.08.2019     6699

Əfsanəvi alman rok qrupu Rammsteinin Latviyanın paytaxtı Riqadakı konserti zamanı xoşagəlməz hadisə yaşanıb.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, konsert zamanı səhnədəki dekorasiya alışaraq yanıb.

Yanğın bir neçə dəqiqədən sonra söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi haqda məlumat verilmir.

Rüfət Xəlil / Redaktor.az