Məşhur cütlük evləndikdən 7 ay sonra boşandı

 19:27 11.08.2019     1262

Amerikalı müğənni və aktrisa Mayli Sayrusla avstraliyalı aktyor Liam Hemsvort evləndikdən 7 ay sonra boşanıblar.

Rdaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük karyeralarına uğurla davam etmək üçün belə qərara gəlib.

Xatırladaq ki, Mayli ilə Liam 2018-ci ilin dekabrında gizli şəkildə ailə qurub. Cütlük Tennessi ştatında nikaha daxil olub.