Sərdar Ortaç boşandığı arvadına bir milyon ödəyib

 20:44 11.08.2019     1375

Müğənni Sərdar Ortaç ötən cümə axşamı günü irlandiyalı həyat yoldaşı Xloe Luqnandan boşanmışdı.

Redaktor.az  axşam.az-a istinadən xəbər verir ki, Xloe "sevərək ayrıldıq" desə də, boşanmanın təfərrüatları bəlli olub.
Bildirilir ki, o, Sərdardan Əmirgan adlı ərazidəki 20 milyon lirə dəyərində olan ikimərtəbəli villanın yarısını istəyib. Lakin S.Ortaç buna razı olmayıb.
Müğənni eks-arvadının yeni ev tapanadək yanında qalmasına icazə verib. İfaçı Xloeyə bir milyon lirə təzminat ödəyib.
Qeyd edək ki, cütlük 2011-ci ildə tanış olub, 2014-cü ildə isə evlənib.