Nadiq Qafarzadə Həcc ziyarətinə gedənləri qınadı

 15:30 12.08.2019     1271

Müğənni Nadiq Qafarzadə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedənlər üçün maraqlı fikirlər səsləndirib.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən ifaçı zəvcarları qınayıb:

“Allah qəbul etsin! Amma olmaz ki, o qədər pul ödəyib getməkdənsə, həmin pulları buradakı ehtiyacı olanlara, xəstə, kasıb ailələrə verək? Ərəb kralı özünə hər il 20 milyard pul qazanır.

7 dollara daş satır ki, şeytana ataq, eyni daşı hərləyib-fırladıb başqasına satırlar. 100 dollara qoyun alıb qurban kəsirlər, amma dünyada yaşayan müsəlmanlar (bəziləri) yenə də aclıqdan ölürlər.

Qoyunun ətindən, yunundan, dərisindən satıb biznes qurublar. Həmin pullarla ərəb şeyxləri kef çəkib yaşayırlar! Yenə də Allah bilən məsləhətdir.

Yeri gəlmişkən, Qurban bayramınız mübarək! Allah imkansızlara və məzlumlara kömək olsun! Savabın məkanı yoxdur. Hər yerdə savab qazanmaq olar! Müqəddəs ziyarətgahları biznes obyektlərinə çevirməyək”.