Brüs Linin qızı Kventin Tarantinodan üzr istəməyi TƏLƏB EDİR

 19:01 15.08.2019     1989

Döyüş sənətlərinin mahir ustası Brüs Linin qızı Şennon atasını “Bir dəfə Hollivudda" filmində ironik şəkildə canlandırdığı üçün rejissor Kventin Tarantinoya sərt cavab verib. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, o, rejissora “susmağı” məsləhət görüb.

“Yaxşı olardı ki, o, ya üzr istəsin, ya da desin ki, bəli, mən Brüs Linin necə bir adam olduğunu bilməmişəm. Mən onu yalnız film üçün belə təsvir etmişəm”, - aktyorun qızı deyib.

Qeyd edək ki, Kventin Tarantino bir müddət əvvəl açıqlamasında Brüs Lini öz filmində necə var elə, lovğa kimi təqdim etdiyini bildirmişdi: “Onun danışıq tərzini özümdən fikirləşməmişəm. Bu cür fikirləri ondan şəxsən eşitmişəm. Adamlar deyirlər ki, o, heç vaxt Məhəmməd Əlini döyə biləcəyini elan etməyib. Brüs Li isə belə şey deyib. Onun həyat yoldaşı Linda Li də bioqrafiyasında bunu təsdiqləyib”.