"İşləyənlər üzrlü saysın" - Namiq Qaraçuxurludan gözlənilməz paylaşım / VİDEO

 18:31 16.08.2019     2897

Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə paylaşımı ilə təəccübləndirib.

Redaktor.az BAKU.WS-a istinadən xəbər verir ki, ciddi, abırlı-həyalı görməyə adət etdiyimiz sənətçi çimərlik görüntüsünü izləyiciləri ilə bölüşüb.

O, 14 saniyəlik videoya belə şərh verib:

"Mövsüm boyu havayla əlaqədar yay istirahətinin fürsəti yox dərəcəsində olduğu üçün adam sevincini paylaşmaq istəyir. Bu havada işləyənlər üzrlü saysınlar. İstirahət edənlərə isə bu fürsəti səmərərli dəyərləndirmək arzulayıram".