Boşanmaq üzrə olan Seren körpəsini itirdi - VİDEO

 18:56 01.09.2019     4575

Həyat yoldaşı Yaşar İpəklə qalmaqallı boşanma mərhələsində olan aparıcı Seren Serengil bətnindəki körpəsini itirib.

Redaktor.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

“Gözəl balam, bu qədər təhqirə, zülmə, iftiraya dayana bilmədin. “İstənilmədiyim yerdə qalmaram” dedin, qızım. Qızım deyirəm, çünki həmişə elə hiss etdim. İlk gündən mübarizə apardıq. Amma bu qədər pisliyə sənin balaca ürəyin dayanmadı. Sənə sahib olmaq üçün nə qədər mücadilə etdim, amma səni qoruya bilmədim”.

Xatırladaq ki, bir qədər əvvəl Seren sosial şəbəkədə Yaşarla mübahisə edərkən çəkilmiş videosunu paylaşmışdı. O, görüntüdə ərinin onu itələdiyini və təhqir etdiyini bildirmişdi.

Qafqazinfo