Qadın yazıçı Kəmal Sunalı təhqir etdi – Türkiyə etiraz edir / VİDEO

 05:00 02.09.2019     7243

Türkiyənin "Şaban" ləqəbilə məşhurlaşan aktyoru Kemal Sunal barədə təhqiramiz ifadələr işlədən və sərt tənqid edən yazıçı böyük müzakirələrə səbəb olub.

Redaktor.az BAKU.WS-a istinadən xəbər verir ki, Türkiyənin tanınmış yazıçısı Cemile Bayraktar "Şaban"ın filmləri barədə xoşa gəlməyə ifadələr işlədib. Yazıçı bildirib ki, Kemal Sunalın bütün filmləri insanların tərbiyəsini və mənəviyyatını pozur.

"K.Sunalın bütün filmləri insanların beynini pozur. Cəmiyyətdə tərbiyəsizliyi yayır, əxlaqsızlığı təbliğ edir", - deyə yazar bildirib.

Onun bu ifadələri Türkiyədə böyük etirazlara səbəb olub. Tanınmış ulduzlardan tutmuş sadə xalqa qədər hər kəs yazıçını tənqid edib. K.Sunalı təhqir etdiyinə görə Cemile Bayraktarı sosial şəbəkələrdə nalayiq sözlərlər söyüblər.

Yazıçı bu barədə çaşqınlıq yaşadığını bildirib və bununla bağlı polisə şikayət edəcəyini vurğulayıb.

"Çoxu "Kemal Sunalın filmlərilə böyüdük, onlar bizim üçün müqəddəsdir", cümləsilə başlayıb,məni, ailəmi, qızımı, anamı, bacımı söyürlər. Ölü-dirimi təhqir edirlər. Dinimi təhqir edirlər. Onlar barədə məhkəməyə müraciət etmişəm", - deyə C.Bayraktar bildirib.