Nüşabə Ələsgərli ƏSƏBİLƏŞDİ: “Ay qardaş, mənə gic-gic suallar vermə!”

 15:45 06.09.2019     3380

Əməkdar artist Nüşabə Ələsgərli istirahət üçün Estoniyaya gedib.

Redaktor.az-a açıqlama verən müğənni bildirib ki, hazırda paytaxt Tallində istirahət edir və bununla əlaqədar yaradıcılıq işlərinə ara verib:

“Yaradıcılığımda yenilik yoxdur. Hazırda xaricdə - Tallində istirahət edirəm”.

Qeyd edək ki, bir müddət öncə mediada əməkdar artistin müflis olduğu, xeyli borcu yarandığı ilə bağlı xəbərlər yer almışdı.

Bununla bağlı ünvanladığımız suala müğənni əsəbi şəkildə cavab verib:

“Bilirdim, bu sualı verəcəksiniz. Yardacılıqdan danışırıq axı... Ay qardaş, mənə gic-gic suallar vermə!”.

Oral Mədənçi / Redaktor.az