Mətanət İsgəndərli ilk sevgisini etiraf etdi: "Dedim başına daş düşsün, sən neynədin?"

 17:57 07.09.2019     4953

ATV telekanalında yayımlanan "Gündən-günə" verilişi maraqlı qonaqları ilə yadda qalıb.

Redaktor.az xəbər verir ki, verilişdə qonaqlar ilk sevgilərindən söz açıb. Mətanət İsgəndərli ilk sevgisindən danışarkən aparıcı Əkbər Əlizadə və verilişdəki qonaqlar təəccüblənib.

"İlk sevgimi heç vaxt unutmadım. O vaxt hələ 17 yaşım var idi. Mən onu çox sevirdim. Ancaq ona uzaqdan baxırdım. Elə bilirdim ki, məni görmür. Bir il belə keçdi. O mənə yaxınlaşmaq istəyəndə qışqırdım üstünə ki, rədd ol burdan, mən səni tanımıram. O çox pis hala düşdü və çıxıb getdi. Sonra evə gəlib özümü danladım. Sənin başına daş düşsün, sən neynədin. Hələ də onu unuda bilmirəm. O da məndən sonra xoşbəxt olmadı. Üç dəfə ailə qurdu. Hətda evladının toyuna da məni çağırmışdı. İndi rəhmətə gedib. Yadıma düşəndə çox pis oluram."

Daha ətraflı videoda:

Gülnar Süleymanova / REDAKTOR.AZ