Bayram Nurlu ilə Əli Mirəliyev ÜZ-ÜZƏ - "Qırğın" ola bilər... / AÇIQLAMA

 14:40 09.09.2019     5995

Oktyabrın 1-də "Maşın Şou"nun 18-ci buraxılışı başlayacaq.

Redaktor.az xəbər verir ki, mediada "Maşın Şou"ya qatılacaq məşhurlarla bağlı müxtəlif adlar səsləndirilir. Onlardan biri də müğənni Əli Mirəliyevdir. 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Əli Mirəliyev bunları deyib:

"Hələ rəsmi təklif gəlməyib. Bilirsiniz ki, mən bu şouda iştirak etmişəm. Amma yenidən iştirak etmək də pis olmazdı. Ötən dəfə xeyli mübarizə apardım. Həyat mübarizədir, hər zaman və hər yerdə mübarizə aparmaq lazımdır".

Əli Mirəliyev ekstrasens Bayram Nurlunun da "Maşın Şou"ya qatılması ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

"Adından da göründüyü kimi, bu, şoudur. Şounun maraqlı olması üçün maraqlı, qalmaqallı insanlar lazımdır. Kimi dəvət etmək isə təşkilatçıların işidir. Məni dəvət etsələr, Bayram Nurlu ilə eyni şouda mübarizə aparardım".

Qeyd edək ki, aparıcılığını Murad Dadaşovun etdiyi veriliş ATV-də yayımlanacaq.

Oral Mədənçi / Redaktor.az