Məşhur aktyorun atası infarkt keçirərək VƏFAT ETDİ

 16:05 09.09.2019     4516

Türkiyəli məşhur rejissor və aktyor Müfit Can Saçintinin ailəsinə ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, onun atası, istefada olan zabit Muhittin Saçinti vəfat edib. O, doğulduğu Sungurlu rayonunun Gökçam kəndini ziyarət edərkən infarkt keçirib. 

Dərhal xəstəxanaya çatdırılan Muhittin Saçintinin həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, aktyor Müfit Can Saçinti ölkəmizdə də sevilərək izlənilən "Mandıra filosofu" filminin baş rollarından birini ifa edib.

Oral Mədənçi / Redaktor.az

22