Oxuduqları mahnılara görə həbs edildilər - Çeçenistanda qəribə hadisə

 20:22 09.09.2019     4918

Çeçenistanda iki musiqiçi qardaş Eyyub və Ashab Vaharabovlar həbs edilib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, müğənni qardaşlar Qudermes şəhərində polis tərəfindən saxlanılıb.

Məlumata görə, Vaharabov qardaşları "şübhəli repertuar" seçimi səbəbindən həbs edilib.

Çeçenistan insan hüquqları şurasının üzvü Xeda Saratova qardaşların tərbiyəvi söhbətlərdən sonra azadlığa buraxılacağını qeyd edib.

Rüfət Xəlil / Redaktor.az