Tanınmış fotoqraf vəfat etdi

 19:37 10.09.2019     5025

Müasir dövrün ən tanınmış fotoqraflaından biri olan Robert Frank vəfat edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, Frank 94 yaşında Kanadanın Yeni Şotlandiya əyalətində dünyasını dəyişib.

Qeyd edək ki, Frank İsveçrədə doğulsa da, 1947-ci ildən ABŞ-a köçmüşdü. Robert Frank müxtəlif illərdə Harper"s Bazaar, Life, Vogue kimi məşhur dərgilərin fotoqrafı olub

Rüfət Xəlil / Redaktor.az