Yol polisi məşhur reperi GÜLLƏLƏDİ - Dayanmadı, tıxaca düşdü və... / ANBAAN VİDEO

 11:56 11.09.2019     7946

Amerikalı məşhur reper Brian J. Quinones güllələnərək öldürülüb.

Redaktor.az xəbər verir ki, yol polisi işıqforun qırmızı işığında keçən reperin avtomobilini saxlamaq istəyib. Lakin sənətçi polisin "dayan" əmrinə tabe olmayıb. Brian polisdən qaçma anlarını "Facebook" hesabından canlı yayımlayıb.

Polisin yaratdığı süni tıxaca düşən reper qaça bilməyəcəyini anlayıb. O, avtomobildən düşərək polislərə bıçaqla hücum edib. Asayiş keşikçiləri onu güllələmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, hadisə Minneapolis şəhərində qeydə alınıb. 

Oral Mədənçi / Redaktor.az

2