Tanınmış müğənninin əri toy gəcəsi XƏSTƏXANALIQ OLDU

 17:11 11.09.2019     10966

Türkiyəli tanınmış müğənni Aylin Coşkun ailə həyatı qurub.

Redaktor.az xəbər verir ki, o, ötən gün Volkan Aslanla nikah masasına əyləşib. 

Toydan sonra isə xoşagəlməz hadisə baş verib. Belə ki, müğənninin həyat yoldaşı gecə saatlarında xəstəxanaya aparılıb. Ona qida zəhərlənməsi diaqnozu qoyulub.

Baş verənlərlə bağlı Aylin Coşkun "İnstaqram"da bu sözləri yazıb: “Təbii ki, xəstəxanadayıq”.

Qeyd edək ki, cütlük 15 ildir sevgili idi.

Oral Mədənçi / Redaktor.az