Manaf Ağayevdən BOŞANMA ilə bağlı: "Toydan sonra yengə lazım deyil..." - VİDEO

 14:20 12.09.2019     11569

"Toydan sonra yengə lazım deyil. Onun çox biabırçı bir izahını verərdim... Bura efirdir, olmaz!"

Redaktor.az xəbər verir ki, bu sözləri APA TV-də yayımlanan "Tahirə ilə gecə söhbətləri" verilişində tanınmış müğənni Manaf Ağayev deyib.

O qeyd edib ki, bəzi toy adətlərimiz var ki, onları aradan qaldırmaq lazımdır:

"Gənclər bir-birini bəyənib, sevib, evləniblər. Onları orada gözləməyin nə manası var ki?".

Manaf Ağayev son illər boşanmaların sayının artmasından da danışıb:

"Əvvələr evlənən yüz adamdan biri boşanardı. İndi Evlənənlərin 50 faizi boşanır. Bilmirəm zəmanə dəyişib, yoxsa insanlar".

Oral Mədənçi / Redaktor.az