Məşhur aktrisaya əvvəl arılar hücum etdi, sonra it dişlədi

 04:22 13.09.2019     5531

Türk aktrisası Burcu Karaya babasının evində arılar hücum edib.

Redaktor.az xəbər verir ki, arılardan qaçmaq istəyən 39 yaşlı aktrisanı bu dəfə də qonşunun iti dişləyib.

"Qohumumla birlikdə ağacdan əncir toplayırdıq. Əvvəl 2-3 arı gəldi. Daha sonra onların sayı artınca, əlimizlə uzaqlaşdırmağa çalışdıq. Panikada düşüb qaçmağa başladıq. Mənin getdiyim tərəfdə arı pətəyi varmış. Bütün arılar bədənimə qondu. O arada da qonşunun iti gəlib ayağımı dişlədi. Birtəhər ondan xilas olub qonşunun evinə sığındım. Həkim allergiyaya qarşı dərman verdi. Göz qapaqlarımdan belə arıların iynələrini təmizlədik" deyə, aktirsa qeyd edib. /axsam.az/