Şəbnəm Tovuzlu "Nu, poqodi"dən danışdı: "Dovşana elə dovşan demişəm, canavarı isə..."

 10:16 13.09.2019     7003

Tanınmış müğənni Şəbnəm Tovuzlu daima açıqlamaları ilə gündəm olur. 

Redaktor.az xəbər verir ki, onun bu yaxın günlərdə televiziya verilişlərindən birində "Nu, poqodi"dəki canavarın adı nədir?" sualına cavabı böyük müzakirələrə səbəb olub:

"Nu, zayes, zayesdir. Amma yox, zayes dovşandır".

Bir çoxları bu cavabdan sonra sosial şəbəkələrdə Şəbnəm Tovuzlunu savadsız adlandırıb. 

Məsələ ilə bağlı saytımıza açıqlama verən müğənni bildirib ki, media bu məsələni bilərəkdən şişirdib:

"Verilişdə mənə sual verdilər, mən də canavarın adını biraz fasilə verərək dedim. Dovşana da elə dovşan demişəm. Burada nə var ki?!".

Oral Mədənçi / Redaktor.az